Ayaz Mütəllibov nə qədər pensiya alır? - Eks-prezident: “Allah mənim vəziyyətimə heç kəsi salmasın” - VİDEO


Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Speys TV-nin efirində yayımlanan “Sadə həqiqətlər” verilişində nə qədər pensiya alması ilə bağlı sualı cavablandırıb.  

O, 10 min manat təqaüd aldığını bildirib:

“Mənim ailəm qürbətdə olmazın əziyyətlər çəkib. Məni Moskvada azərbaycanlılar əlimdə çanta çörək dalınca getdiyimi görəndə,  Ayaz müəllim bu sizsiniz?- deyə təəccüblənirdilər.  Deyirdim mənəm.  Əvəz-əvəz olmamalı idi. Günahım varsa, onu mənim üzümə deyin, razılaşıb –razılaşmamaq mənim işimdir. Sizin də işiniz ona qiymət verməkdir.  Allah mənim vəziyyətimə heç kəsi salmasın”.
(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top