Ermənilərin təxribat törətdiyi Avroliqa matçında “Qarabağ” darmadağınla qalib gəldi - VİDEO


“Qarabağ” Avroliqanın 2-ci turu çərçivəsində Lüksenburqda “Düdelanj”ın qonağı olub.
Yeniavaz.com xəbər verir ki, oyuna aktiv başlayan Ağdam təmsilçisi rəqibini 4-1hesabı ilə darmadığın edib.
Oyunda qolları, Abdulla Zubir, Miçel, Almeyda(p) və Dani Kintana vurublar.
“Düdelanj”ın yeganə qolunu isə Berniye vurub.
Qeyd edək ki, matçın 31-ci dəqiqəsində erməni təxribatı baş verib.
“Qarabağ”ın ikinci qolundan sonra dronla meydanın mərkəzinə qondarma rejimin "bayrağı" gətirilib.
Hakim oyunu dayandırıb və 10 dəqiqə fasilədən sonra matç yenidən davam edib.

DİGƏR XƏBƏRLƏR

Top