Azərbaycanda toy üçün gəlinlik seçən ana mağazada öldü


Mingəçevirdə oğlunun toyu üçün gəlinlik paltarı seçən 42 yaşlı qadın elə orada dünyasını dəyişib.

Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin ticarət mərkəzlərinin birindəki gəlinlik mağazasında qeydə alınıb.

Belə ki, oğlunun toyuna hazırlaşan 1977-ci il təvəllüdlü Zamanova Hafizə Əhliyat qızı gələcək gəlininə gəlinlik libası seçmək üçün mağazaya gəlib.

Qəfildən halı pisləşən qadın huşunu itirib. Hadisə yerinə cəlb olunan həkim briqadasının bütün səylərinə bağmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində keçinib.

Qeyd edək ki, dünyasını dəyişən qadın məcburi köçkündür və müvəqqəti olaraq Mingəçevirdə məskunlaşıbmış.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top