Mübariz Mənsimov: "Sizdə heç vicdan yoxdurmu?"

“O əlillərə əl qaldıranların qanı azərbaycanlı qanı ola bilməz”.
Yeniavaz.com
xəbər verir ki, bunu Palmali Qrupun prezidenti Mübariz Mənsimov deyib. Qarabağ əlilləri ilə SOCAR əməkdaşları arasında baş verən davaya münasibət bildirən iş adamı qeyd edib ki, həmin əlillər canlarının yarısını vətən uğrunda fəda ediblər və onlar onsuz da tam həyat sürə bilmir:
“Sizdə heç vicdan yoxdurmu!? Aralarında Qarabağ döyüşçüləri var. Utanmırsınız? Həqiqətən siz bu qədər qansız və anlamazsınız ki, bu insanlar kimdir?
Bu insanlar tək ayaq üstündə həyatı yaşamağa çalışırlar. Bu insanlar Vətən üçün canlarını qurban ediblər! Onlar sayəsində siz kef edə bilirsiz. Bu imarətlərin içində onlardan oğurladıqlarınızla yaşayırsınız. Bu insanlar haqsız olsalar belə, onlara kömək və yardım göstərilməlidir.
Sizin qayğınız budur? Sizin Qarabağ əlillərinə sayğınız budur? Bu insanlar hər gün ağrı ilə yaşayır. Burada qoçuluq etməkdənsə gedin Qarabağda qoçuluq edin. Vətənə bir faydanız olsun. Sizə əmr verənlərə yarınmaq üçün Qarabağ qazisinə əl qaldırmayın!”.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top