Gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin növbəti xidmət yerlərinə yola salınması münasibətilə tədbir keçirilib. 
Yeniavaz.com
 Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müxtəlif hərbi ixtisaslara yiyələnən gənc əsgərlər mərasimdə öz bacarıqlarını nümayiş etdiriblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildiyi tədbirdə çıxış edən zabit, əsgər və valideynlər gənc əsgərləri ixtisas hazırlığı kursunu uğurla başa vurmaları münasibəti ilə təbrik ediblər.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Teymur Eyyubov bildirib ki, bu gün xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız Vətənimizin müdafiəsində ayıq-sayıq dayanır, övladı hərbi xidmət keçən hər bir valideyn böyük sevinc və qürur hissi keçirir. İnanırıq ki, ixtisas hazırlığı kurslarını uğurla başa vuran əsgərlərimiz də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda rəşadət göstərən igid oğullarımızın yolunu davam etdirərək ən çətin döyüş tapşırıqlarını şərəflə yerinə yetirəcəklər.
Təbrik oxunduqdan sonra müxtəlif ixtisaslar üzrə elementləri praktiki yerinə yetirən əsgərlər qazandıqları bilik və bacarıqları peşəkar döyüşçü kimi nümayiş etdiriblər.
Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Təntənəli keçiddən sonra “Əsgər marşı” ifa edilib və əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top