Bakıda daha bir yol çökdü - FOTO

Binəqədi-Novxanı avtomobil yolunda "Azərsu" ASC-yə məxsus su borusunda qəza baş verib. AAYDA-dən Yeniavaz.com-a verilən məlumata görə, nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb.

Dərhal ərazi Yolların mühafizə xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb.

Qəzanın aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.

(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top