Göygöldə ağır avtoqəza zamanı ölənlərin sayı 5 nəfərə çatıb - FOTO - YENİLƏNİB

Göygöldə baş vermiş avtoqəza zamanı dünyasını dəyişənlərin sayı artaraq 5 nəfərə çatıb.

Qəza nəticəsində Mahmudov Zamiq Ələddin oğlu, Tural Rəhimov, Bayram İbrahimzadə, Oruc Hüseynov və Qüdrət Atakişiyev aldıqları xəsarətlərdən hadisə yerində keçinib.

Hazırda ərazidə araşdırmalara başlanılıb. Polis və məhkəmə tibb ekspertləri hadisə yerində müayinələr aparır.


23.53
Göygöl rayonunda ağır yol qəzası baş verib.

Avtoqəza Quşqara kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı avtomobil "Shacman" markalı yük maşını ilə toqquşub. Minik avtomobilində olan 4 nəfər hadisə yerində dünyasını dəyişib, daha bir nəfər isə xəsarətlə xəstəxanaya çatdırılıb.//APA

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top