Xırdalanda sürücü avtomobillə azyaşlını vuraraq qaçıb


Xırdalan şəhərində 12 yaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xırdalan şəhərində 1 nömrəli məktəbin yaxınlığında yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Nağdəliyeva Könül Baris qızını avtomobil vuraraq qaçıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona sol dizin əzilmiş-sıyrılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top