İlin ən yaxşı məşqçisi Klopp olub


Sentyabrın 23-də Milan şəhərində “Best FIFA Football Awards 2019” çərçivəsində ilin ən yaxşı baş məşqçisi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, FİFA versiyası üzrə bu ada İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yürgen Klopp layiq görülüb.

FİFA-nın “ən yaxşı məşqçi” mükafatına iki ingilis klubunun çalışdırıcıları – Pep Qvardiola (“Mançester Siti“) və Maurisio Poçettinonu (“Tottenhem”) iddia edirdilər.

Y.Klopp 2015-ci ildən “Liverpul” klubunu çalışdırır. O, klub ilə 2016-ci ildə UEFA Çempionlar Liqasının finalçısı, 2018-ci ildə isə qalibi olub. Almaniyalı məşqçi, həmçinin “Borussiya Dortmunt” və “Maynz” klublarında çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top