Türkiyədə rus turistləri daşıyan avtobus aşıb


Türkiyədə rus turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Hadisə Antalyada qeydə alınıb.

Hava limanı yolunda baş vermiş hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Onlardan 15-i xəstəxanaya yerləşdirilib. Yaralılar arasında yetkinlik yaşına çatmayan 2 nəfər də var.

Qeyd edilir ki, qəzada xəsarət almış 7 nəfər tibbi yardımdan imtina edib və onlar artıq Rusiyaya yola düşüblər.

Hadisənin başvermə səbəbi polis tərəfindən araşdırılır.//Report

DİGƏR XƏBƏRLƏR

Top