Ağcəbədidə sürücü avtomobildə yanaraq öldü

Ağcəbədi rayonunda sürücünün yanaraq ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb. 
“Lada 2199” markalı avtomobil idarə etməni itirərək, yol kənarında ağaca çırpılıb, nəticədə avtomobil yanıb. 
Qəza nəticəsində xəsarət alan sürücü avtomobili tərk edə bilmədiyi üçün hadisə yerində yanaraq ölüb. Sürücünün şəxsiyyəti hələlik müəyyənləşməyib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top