Doğmalarından imtina edən Azərbaycanlı məşhurlar - FOTOLAR


Valideynlərindən imtina etmə halları dünya cəmiyyətində tez-tez rast gəlinən mövzulardan biri olub. Bu problem son zamanlar Azərbaycan cəmiyyətində də öz əksini tapıb. Buna misal olaraq bir neçə gündür
AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının qızının sosial şəbəkə vasitəsi ilə atasından imtina etməsini də göstərə bilərik. F.Qəhrəmanlının qızı Selcan Yağmur özünün, bacısının və anasının atası tərəfindən şiddətə məruz qaldığı barədə “Facebook” hesabında status paylaşıb. İctimaiyyətdə böyük səs-küy yaradan statusda Selcan atası Fuad Qəhrəmanlıdan imtina etdiyini qeyd edib. Fuad Qəhrəmanlının ailəsində baş verən bu söz-söhbət onun AXCP-dən istefa verməsinə səbəb olub. Selcanın bu addımını həm bacısı həm də anası dəstəkləyib.
Yeniavaz.com bu günə qədər valideynlərindən itmtina edən və valideynlərin imtina etdiyi şəxsləri təqdim edir.

İlk növbədə elə çox uzağa getməyək, Fuad Qəhrəmanlının həyat yoldaşı yazar Zümrüd Yağmur vaxtilə ailəsindən imtina etmiş şəxslərdəndir. O, siyasi fəaliyyəti ilə bağlı valideynlərinə ondan imtina etməsini təklif etmişdi. Lakin, valideynləri bunu qəbul etmədikdə, ailəsinin təzyiqlərə məruz qalmaması üçün Zümrüd Yağmur bu addımı atmışdı.

Bundan öncə isə
 “Qarabağ”ın və milli komandanın futbolçusu Mahir Mədətov atasının adından və soyadından rəsmən imtina edib. Futbolçu yeni şəxsiyyət vəsiqəsində atasının adı və soyadı fərqli göstərərək sosial şəbəkədə paylaşım etmişdi. Belə ki, onun soyadı Emreli, ata adı isə Mahir olaraq qeyd olunub. Mahirin bu addımına səbəb ailəsində yaşanan problemlər və atasının anasından boşanmamış başqa bir xanımla nişan mərasimi keçirməsi olmuşdu. Mahirin bu addımından sonra sonra bacısı Ayişə MədətovaMədətov soyadından imtina edib.

Dəfələrlə dahi şairlərimiz haqqında təhqir edici paylaşımları ilə gündəmə gələn Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadə sosial şəbəkədə “mənim belə oğlum yoxdur!” deyərək ooğlundan imtina etdiyini qeyd edib. Qəşəm Nəcəfzadə hətta, dəfələrlə oğlunun adından üzr istəmiş və öldüyü zaman onun tabutunun yaxınlığına belə buraxılmamasını bildirmişdi.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, eks-deputat Eldar Sabiroğlu da oğlu Rüfət Səfərovdan imtina edib. O, bununla bağlı oğluna məktub belə yazmışdı. Məktubunda oğluna artıq onun atası olmadığını və hətta cənazəsinə belə gəlməməyini tapşırmışdı. Qeyd edək ki, R.Səfərov keçmiş müstəntiqdir. O, prokurorluq orqanlarındakı fəaliyyətə etiraz edərək işdən ayrılmış, daha sonra isə həbs edilmişdi. Uzun müddət həbsdə qalan R.Səfərov ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxmışdı.

Hollandiyada yaşayan, mütamadi olaraq, anti-Azərbaycan çağırışlar edən Orduxan Teymurxandan da ailəsi imtina edib. Bloqqerin yaxınları O.Teymurxanın əməllərindən utandıqlarını deyiblər.

Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev də öz oğlundan imtina edib. Bunun bağlı sosial şəbəkədə paylaşım edən Q.Quliyevi bu addımı atmağa Amerika Birləşmiş Ştatlarına köçmüş oğlu Mone Quliyevin müxalif  “Azadlıq” qəzetinə verdiyi qalmaqallı müsahibəsi olub. Quliyev bildirib ki, ailəsi Monedən imtina edir və onun siyasi fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

Bundan əlavə, xalq artisti Nurəddin Mehdixanlı da qızı aktrisa Kəmalə Quliyevanın yaşayış tərzini bəyənmədiyi üçün onu qəbul etmədiyini bildirmişdi.
Mərhum xalq artisti Hacıbaba Bağırov da ilk evliliyindən dünyaya gələn qızlarını qəbul etməyib. Tanınmış şair Aqşin Yenisey də müsahibələrinin birində "Neçə uşağınız var?" sualına 1 oğlum var deyərək,  yazıçı Aysel Əlizadə ilə olan ilk evliyindən dünyaya gələn qızı İzəli qəbul etmədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top