Daima hərəkətdə oluram. Zeytun yağı və kərə yağı istehlak edirəm. Zeytun yağı nə qədər kalorili görünsə də əslində çəki atmağa kömək edir”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri türkiyəli kardioloq Dr. Canan Karatay deyib.
O, təbii qialanma haqqında bir sıra məsləhətlər verib. Hər zaman olduğundan gənc və sağlam görünən C.Karatay zeytun yağının kalori miqdarının çox olmasına baxmayaraq çəki atmaqda köməkçi olduğunu vurğulayıb:
“Zeytun yağı əslində yağ deyil. O zeytun meyvəsinin suyudur və ən faydalı meyvələrdən biridir. Hər zaman dediyim ki, zeytun yağı ana südünün eynisidir. Buna görə də, yeməklərdə mütləq şəkildə istifadə etmək lazımdır. Xüsusilə xroniki xəstəlikləri olanlar və yaşlı nəsil hər gün səhər-axşam qəhvə fincanı həcmində zeytun yağı içməlidir”.
Bütün bunlardan əlavə zeytun yağı qanı durulaşdırır, qaraciyəri təmizləyir, həzm sistemini normallaşdırır, Alzgeymer xəstəliyinin qarşısını alır və beyindəki sərbəst radikallarla mübarizə apararaq oksigen səviyyəsini qorumağa kömək edir.
Kardioloq C.Karatay səhər yeməyində kərə yağını turun üzərinə çəkib yeməyin orqanizm üçün olduqca faydalı olduğunu bildirib: “Təbii və qatqısız kərə yağını səhərlər turpun üzərinə çəkib istehlak etmək orqnizm üçün faydalıdır. Çünki, təbii kərə yağının tərkibində 40% zeytun yağı var. Qış aylarında istehlak edilən bu qida damar tutulmalarının qarşısını alır”.