Ərəblərin erməni sevgisi tükənmir - Bu dəfə Dubayada şou göstərəcəklər - FOTOLAR


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən və dünyanın ən hündür binası hesab olunan "Bürc Xəlifə" sentyabr ayının 21-i saat 20:10-da Ermənistan bayrağının rənglərinə uyğun olaraq işıqlandırılacaq.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə məlumatı Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən açıqlayıblar.
Məlumatda qeyd olunur ki, 21 sentyabr 2019-cu ildə Ermənistan müstəqilliyinin 28-ci ildönümünü qeyd edəcəkdir.
Onu da bildirək ki, bir-neşə il əvvəl Dubay kimi böyük şəhərin də yer aldığı Şarja əmirliyininin başçısı Sultan bin Məhəmməd Əl Qasimi Ermənistana səfər edib. Həmin səfər zamanı Şarja əmirli "Aqarçin" kilsəsinin bərpasına milyonlarla dollar vəsait ayırıb.
Bundan başqa ərəb milyarderlər dəfələrlə Ermənistana investisiya yatırıblar. Eyni zamanda müxtəlif maddi yardımlar ediblər. Ermənistanın ən varlı şəxslərindən biri və eyni zamanda da "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqaik Çarukyanın ən böyük ortaqlarından biri  Şeyx Əhməd Əl Fəhd əl Əhməd əl Sabahdır. Küveytinin sabiq informasiya və neft sənayesi naziri olan bu şəxs eyni zamanda  Asiya Olimpiya Şurasının və Asiya Həndbol Federasiyasının prezidentidir. Əl-Sabah 1990-2001-ci illərdə Beynəlxalq Olimpiya Komitəsinin də üzvü olub. O, həmçinin OPEK-in sədri vəzifəsini də yerinə yetirib.
Bu yaxınlarda Ermənistan prezidenti Armen Sarkisyan İngiltərəyə səfəri çərçivəsində Premyer Liqanın bu ilki qalibi "Mançester Siti" futbol klubunun sahibi Haldun Xəlifə əl-Mübarək ilə görüşüb.
Görüş zamanı Ermənistan prezidenti Haldun Xəlifə əl-Mübarəki ölkəsinə investisiya yatırmağa dəvət edib.
Məlumat üçün bildirək ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabinin ən varlı şəxslərindən olan Haldun Xəlifə əl-Mübarək eyni zamanda dünyanın ən böyük investorlarından hesab olunur. Haldun Xəlifə əl-Mübarəkin sahibi olduğu "Mubadala" investisiya şirkəti dünyanın müxtəlif ölkələrinə milyardlarla dollar investisiya yatırıb.  
Haldun Xəlifə əl-Mübarək Ermənistanda futbol infrastrukturunun inkişafına sərmayə qoya biləcəyini ifadə edib.






 

DİGƏR XƏBƏRLƏR

Top