Bakı-Quba yolunda ağır yol qəzası olub, ölən və yaralananlar var

Bakı-Quba yolunda ağır yol qəzası olub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Quba yolunun Yaşma yaşayış massivindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobili toqquşduqdan sonra maşınlardan biri yanıb. İlkin məlumata görə, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top