Əfqanıstanda xəstəxana partladıldı: Yaralılar arasında körpələr də var - VİDEO


Əfqanıstanın cənubundakı Zabul bölgəsində yerləşən xəstəxana bomba ilə doldurulmuş yük maşını vasitəsilə partladılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Əfqanıstanda xəstəxananın partladılması nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb. Yaralılar içərisində uşaqların da olduğu bildirilir. Terror aktını Talibanın öz üzərinə götürdüyü söylənib ancaq həmin qruplaşma tərəfindən bu məlumat təkzib edilib. Taliban sözçüsü xəstəxanaya edilən hücumu qınadıqlarını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top