Türkiyənin Muğla bölgəsində məscid imamının CHP haqqındakı sözləri gündəm olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Muğlanın Seydikəmər rayonunda imamlıq edən Haşim Ö. adlı şəxs sosial şəbəkədə CHP haqqında qəribə sözlər paylaşıb: Şeytandan soruçurlar ki, Türkiyəyə niyə gəlmirən? Şeytan cavab verir ki, axırıncı dəfə gələndə CHP-lilər azan oxunanda "yuh" deyib fit çalırdılar. CHP olan yerə mənim getməyimə ehtiyac yoxdur". Bu bənzətməni görən CHP-lilər imamı məhkəməyə veriblər.