Bakıda gəlin 70 yaşlı qayınanasını öldürüb - YENİLƏNİB


Bakıda törədilən qətlin üstü açılıb. 
Yenivaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Xətai rayon Polis İdarəsindən məlumat verilib. Araşdırmalar nəticəsində 70 yaşlı Qreçneva Valentina Aleksandrovnanın gəlini tərəfindən qətlə yetirildiyi məlum olub. Gəlini onun başına küt alətlə vuraraq öldürüb. 
Hadisəni törədən şəxs artıq saxlanılıb. 

***      10:51
Bakıda qətl törədilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Telnov küçəsində qeydə alınıb. Həmin küçənin sakini, 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar qablaşdırılaraq götürülüb və müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İlkin ehtimala görə, qadının qətlində oğlunun əli var. Cinayəti törədən şəxs gizlənib. Hazırda 34-cü Polis Bölməsinin əməliyyatçıları şübhəli şəxsin axtarışına başlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top