Ermənilər Rusiya müxalifətinin lideri Aleksey Navalnını məhkəməyə verdilər: 552 min rubl istəyirlər - SƏBƏB


Rusiyanın paytaxtı Moskva şəhərinin Tuşino rayon məhkəməsi Tverskaya küçəsində yerləşən "Ermənistan" adlı mağaza və restoranın sahibi tərəfindən Rusiya müxalifətinin lideri Aleksey Navalnı və daha 5 nəfər müxalifət nümayəndəsi barədə qaldırılan iddia ərizəsini qəbul edib.
Yeniavaz.com xəbər verir ki, "Ermənistan" adlı mağaza və restoranın sahibi iddia ərizəsində göstərib ki, müxalifətin 27 iyul tarixində keçirdiyi mitinq zamanı obyektinə maddi ziyan vurulub.
Məhkəmə bu ilin oktyabr ayının 2-si tarixinə yəyin olunub. "Ermənistan" adlı mağaza və restoranın bağlı olduğu "Ankor" şirkəti dəymiş zərərə görə  Aleksey Navalnı və daha 5 nəfər müxalifət nümayəndəsindən - İlya Yaşin, İvan Jdanov, Yuliya Qalyamin, Georgi Alburov və Lyubov Soboldan ümumilikdə 551 min 847 rubl və 5 qəpik (kopeyk) tələb edir.
Məlumat üçün qeyd edək ki, daha əvvəl "Ermənistan" adlı restoranın sahibi belə bir fikir səsləndirdiyi zaman Rusiya müxalifətinin təmsilçiləri insanlara müraciət edərək onlardan Tverskaya küçəsində yerləşən mağaza və restoranı boykot etmələrini istəyiblər. Bu çağırışa dəstək olaraq Rusiyanın bəzi tanınmış şəxsləri "Ermənistan" restoranını boykot etdiklərini açıqlamaya başlayıblar. Rusiyanın tanınmış  kinorejissoru Vitaliy Mansky əvvəllər tez-tez ziyarət etdiyi bir mağazanın xidmətlərindən bir daha istifadə etməyəcəyini söyləyib.
Boykot çağırışlarına etiraz edənlər isə "Sputnik" xəbər agentliyinin baş redaktoru, erməni əsilli Marqarita Simonyan və tanınmış teleaparıcı Vladimir Solovyov olub.
 

DİGƏR XƏBƏRLƏR

Top