Bakıda avtomobil qaçıran şəxs qəza törədib, ağır xəsarət alanlar var - FOTO


Binəqədi rayonunda iki avtomobil toqquşub.

Biləcəri qəsəbəsində 30 yaşlı Nəcəfov Əlizamin Ələddin oğlu tanışının “VAZ 2107” markalı avtomobilini qaçırıb.

O, yüksək sürətlə Binəqədi şossesində hərəkətdə olan zaman 40 yaşlı Məhərrəmov Şükür Haqverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə çırpılıb. Hər iki avtomobilin sürücüsü ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Avtomobillər deformasiyaya uğrayıb. Zərbənin gücündən benzin çəni deşilib və benzin yola dağılıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

APA

DİGƏR XƏBƏRLƏR

Top