Millət vəkili Fazil Mustafa ictimai nəqliyyatda məktəblilərdən gedişhaqqı tələb olunması ilə bağlı məsələyə toxunub.
Milli Məclisin deputatı məktəbli formasında olan uşaqlardan gedişhaqqı alınmamasını irəli sürüb.
Burada çıxış yolu nədir? Nazirlər Kabineti bu qərarı mütləq dəyişməlidir. Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır. Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz məktəbdən kənarda heç bir uşağın qalmamasıdır. BNA və Metropoliten həftə içi günlərdə məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?",-deyə deputat vurğulayıb. (BAKU.WS)