Polşa vətəndaşı Şəkidə qəzaya düşdü

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndi ərazisində, Şəki-Qax avtomobil yolunda qeydə alınıb. 
Hərəkətdə olan “Moskviç” markalı maşın motosikletlə toqquşub.
Qəza zamanı motosikletin sürücüsü - Polşa vətəndaşı, 30 yaşlı Daniel Niçininski Mateov xəsarət alıb. Yaralı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

DİGƏR XƏBƏRLƏR

Top