Fransa Səudiyyə Ərəbistanına yardım təklif etdi


Fransanın prezidenti Emanuel Macron Səudiyyə Ərəbistanında pilotsuz təyyarələrin neft zavodlarını partlatması ilə əlaqədar kömək edə biləcəklərini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Macron "Saudi Aramco" şirkətinə aid neft zavodlarına qarşı edilən təxribatın araşdırılması üçün mütəxəssislər göndərəcək. Fransalı mütəxəssislər təxribatla bağlı daha geniş məlumatlar əldə etməyə çalışacaqlar. Qeyd edək ki, Səudiyyə Ərəbistanı pilotsuz təyyarə hücumundan sonra beynəlxalq araşdırma təklif etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top