Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.
Yeniavaz.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, verilən məlumata görə, sentyabrın 10-da saat 16 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan M.Emrəlinin evindən pəncərədən girmək yolu ilə 17.000 manat və 20.000 ABŞ dolları, habelə 3 ədəd mobil telefon və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət daxil olub.
Polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilmiş və bu cinayət əməlini törədən 2 nəfər qısa müddətdə müəyyən edilib.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Vəliyev və bir yeniyetmə saxlanılıb.
Araşdırma aparılır.