"Mercedes"in vurduğu piyada hadisə yerində öldü – FOTOLAR


"Koroğlu" metrosunun yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, yolu piyadalar üçün təyin edilməmiş yerdən keçmək istəyən orta yaşlı kişini Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili vurub.
Nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Əraziyə polis əməkdaşları cəlb olunub.
Üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından ölən şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top