Ağdaşda ağır qəza - 2 ölü, 2 yaralı


Ağdaş rayonun Korarx kəndində ağır yol qəzası baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə 1978-ci il təvəllüdlü Həmidov Tehran Sahib oğlu idarə etdiyi "VAZ"-2106 markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində baş verib və nəqliyyat vasitəsi aşıb. Bu zaman sərnişinlərdən 1967-ci il təvəllüdlü Məhyəddinov Elbrus Qiyas oğlu hadisə yerində dünyasını dəyişib. 1962-ci il təvəllüdlü Məmmədov Şaxlar Ağasəf oğlu isə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək olmayıb. Sürücü və digər sərnişin 1964-ci il təvəllüdlü Məmmədov Rəis Əhməd oğlu isə yaralanıb, vəziyyətləri ağırdır. Qeyd edək ki, adıçəkilənlərin hamısı qəzanın baş verdiyi Korarx kənd sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
 

DİGƏR XƏBƏRLƏR

Top