Azərbaycanda tələbə qız atraksiondan yıxıldı - REANİMASİYADADIR


Ötən gün Şəkidə əyləncə mərkəzində atraksiondan yıxılan qız əməliyyat olunub.

2003-cü il təvəllüdlü X.Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ağır xəsarətlər alan qız dərhal əməliyyata alınıb.

Sidik kisəsinin əməliyyatı üçün Şəkiyə Bakıdan həkimlər çağırılıb.

Hazırda vəziyyəti ağır orta olan X.Durmuşova reanimasiya şöbəsində müalicə alır.

Xatırladaq ki, X.Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top