Adnan Oktar bu gün ilk dəfə hakim qarşısına çıxarılacaq


Ötən ilin iyul ayında Türkiyədə saxlanılan məşhur təriqət lideri Adnan Oktar bu gün ilk dəfə hakim qarşısına çıxarılacaq.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxlanılan şəxslərlə bağlı hazırlanan ittiham aktı 3 min 908 səhifədən ibarətdir və "Adnan Oktar silahlı cinayət dəstəsi" adlandırılır.
24 ayrı cinayət maddəsi əsasında ittiham irəli sürülən 226 şübhəlinin olduğu prosesdə hələ ki, 125 təqsirləndirilən və zərərçəkmiş var.
İstanbulda Silivri Ağır Cinayətlər Məhkəməsində baş tutacaq məhkəmə prosesinin həftələrlə davam edəcəyi ehtimal edilir.
Xatırladaq ki, Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və xeyli sayda tərəfdarı ötən ilin iyul ayında hüquq-mühafizə orqanlarının apardığı əməliyyat zamanı saxlanılıb. Onlar azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə ittiham olunur. İttihamlar arasında ən diqqət çəkən məqamın isə siyasi və hərbi casusluq olduğu görülür.
Qeyd edək ki, 1999-cu ildə də Adnan Oktarın İstanbuldakı evinə basqın edilərək 75 müridi ilə birlikdə həbs olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top