Putin Quran ayəsi oxuyarkən tərcüməçi çətin anlar yaşadı - VİDEO


Rusiya prezidenti Vladimir Putin Türkiyədəki zirvədə Quran ayəsindan sitat gətirərkən tərcüməçi Türk dilinə çətinliklə çevirib.  

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə baş tutan üçlü zirvədə maraqlı anlar yaşanıb.

Putin çıxışı zamanı Yəməndə insanlıq üçün fəlakət və dram yaşandığını söylədikdən sonra Qurandan sitat gətirib.

Həmin ifadələri Türk dilinə çevirən tərcüməçi çətinlik çəkib. Tərcüməçinin çox diqqətlə Putinin dediyi sözləri analiz edib ehtiyyatla söyləməyə çalışması diqqətlərdən qaçmayıb.

Qeyd edək ki, Putin çıxış edərkən Qurandan sitat gətirərk bu sözləri söyləyib:"Əhalisinin əksər hissəsinin müsəlmanlar olduğu Türkiyədə olduğum zaman müqəddəs Qurandan sitatları xatırlamaya bilmərəm: “Allahın mərhəmətini xatırla. Bir vaxtlar düşmən idiniz, Allah sizin qəlblərinizi sınadı və sizi qardaş etdi". Buna görə də düşünürəm ki, məhz bundan başlamalıyıq".

DİGƏR XƏBƏRLƏR

Top