Elgiz onu təhqir edən “Planet Parni iz Baku”dan danışdı - VİDEO


ARB televiziyasında yayımlanan “Üç əlli” verlişinin qonaqlarından biri aparıcı Elgiz Əkbər olub.
Yeniavaz.com
xəbər verir ki, aparıcı onu parodiya edən şəxslərdən söz açıb. O, “Planet Parni iz Baku”nun o təqlid yox, təhqir etdiyini və buna görə də onlardan incidiyini deyib: “Bakılı oğlanlardan çox incimişdim. Çünki onlar məni təqlid yox, çox pis şəkildə təhqir etmişdilər. Elə insanlar var ki, babalarının adlarını öz övladlarına qoyur. Necə ki, o insanlara babaları əzizdir, babam mənim üçün əzizdir. İxtiyarın var mənim adımı o şəkildə ələ salasan? Olmaz! Parodiya insanın qəlbinə dəyməməlidir. Əksinə, o insanı orda oturan hamı kimi sevindirməlidir”.
Aparıcı onu tamaşaçı qismində çağırmadıqlarını da qeyd edib: “Parodiya etdilər, amma məni tamaşaya çağırmadılar. Sonradan sosial şəbəkədə gördüm. Birinci dəfədir ki, bu məsələ haqqında danışıram. Amma qardaşım, sən məni niyə təhqir etməlisən?”

DİGƏR XƏBƏRLƏR

Top