Rusiyada yolda gedən avtomobili iki dəfə ildırım vurub.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Rusiyanın Novosibirski şəhərində baş verib. Belə ki, şosse ilə gedən avtomobili iki dəfə ildırım vurub. Hadisə nəticəsində xanım sürücü ciddi xəsarət almasa da avtomobilə ciddi xəsarət dəydiyi bildirilir.