Sürücülərə xəbərdarlıq - bu yolda hərəkət məhdudlaşdırılır


Yasamal rayonu Zərgərpalan küçəsində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentlyindən Yeniavaz.com-a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən qısa müddətlik Yasamal rayonu Zərgərpalan küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən sözügedən ərazidə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

DİGƏR XƏBƏRLƏR

Top