Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 70 min 947 nəfər olub və onların cəmi 0,9%-nə və ya 638 nəfərinə işsizlikdən sığorta ödənişi verilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, rəsmi işsiz statusu verilən şəxslərin sayı bu ilin əvvəlindən ötən 8 ay ərzində 3,5 dəfə artıb. Belə ki, bu ilin əvvəlində məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 20 min 88 nəfər olub. İşsizlikdən sığorta ödənişi (İşsizlik müavinəti) alanların sayı isə 43% və ya 479 nəfər azalıb.
İşsizlik müavinətinin orta məbləği 233,5 manat olub və ilin əvvəli ilə müqayisədə 37,5 manat çox olub.
Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı - 28 min 980 nəfəri Bakı şəhərinin payına düşüb və bu ilin ilk 8 ayı ərzində 3,1 dəfə artıb.
Son 8 ayda rəsmi qeydiyyatda olan işsiz insanların sayı ən çox Daşkəsəndə artıb. Bu rayonda işsizlərin sayı 231 dəfə artıb. Yalnız bir rayonda işsiz insanların sayında azalma qeydə alınıb. Cəbrayıl rayonunda qeydiyyatda olan işsiz insanların sayı 15% azalaraq 278 nəfər olub.
Rayonlar üzrə işsiz statusu alanların sayı: (1 yanvar və 1 sentyabr 2019-cu il vəziyyətinə)
Şəhərlər və rayonlar | İşsiz statusuna malik olanlar, nəfər
1 yanvar 2019
|
İşsiz statusuna malik olanlar, nəfər
1 sentyabr 2019
|
Ölkə üzrə – cəmi | 20 088 | 70 947 |
Bakı şəhəri – cəmi | 9 243 | 28 980 |
Abşeron iqtisadi rayonu – cəmi | 1 761 | 6 956 |
o cümlədən: | ||
Xızı rayonu | 55 | 384 |
Abşeron rayonu | 550 | 1 555 |
Sumqayıt şəhəri | 1 156 | 5 017 |
Gəncə-Qazax iqtisadi rayonu – cəmi | 1 326 | 10 528 |
o cümlədən: | ||
Gəncə şəhəri | 426 | 777 |
Qazax rayonu | 90 | 627 |
Ağstafa rayonu | 70 | 492 |
Tovuz rayonu | 121 | 1 351 |
Şəmkir rayonu | 302 | 4 199 |
Gədəbəy rayonu | 115 | 1 208 |
Daşkəsən rayonu | 3 | 694 |
Samux rayonu | 23 | 340 |
Göygöl rayonu | 53 | 314 |
Goranboy rayonu | 81 | 313 |
Naftalan şəhəri | 38 | 213 |
Şəki-Zaqatala iqtisadi rayonu – cəmi | 731 | 2 328 |
o cümlədən: | ||
Balakən rayonu | 124 | 452 |
Zaqatala rayonu | 176 | 292 |
Qax rayonu | 56 | 359 |
Şəki şəhəri | 232 | 492 |
Oğuz rayonu | 33 | 207 |
Qəbələ rayonu | 110 | 526 |
Lənkəran iqtisadi rayonu – cəmi | 896 | 3 078 |
o cümlədən: | ||
Astara rayonu | 85 | 261 |
Lənkəran şəhəri | 428 | 243 |
Lerik rayonu | 32 | 178 |
Yardımlı rayonu | 53 | 74 |
Masallı rayonu | 206 | 1 355 |
Cəlilabad rayonu | 92 | 967 |
Quba-Xaçmaz iqtisadi rayonu – cəmi | 926 | 2 828 |
o cümlədən: | ||
Qusar rayonu | 95 | 612 |
Xaçmaz rayonu | 146 | 527 |
Quba rayonu | 358 | 675 |
Şabran rayonu | 179 | 416 |
Siyəzən rayonu | 148 | 598 |
Aran iqtisadi rayonu – cəmi | 3 221 | 9 090 |
o cümlədən: | ||
Göyçay rayonu | 179 | 375 |
Beyləqan rayonu | 144 | 231 |
Ağcabədi rayonu | 281 | 401 |
Bərdə rayonu | 546 | 927 |
Neftçala rayonu | 160 | 711 |
Biləsuvar rayonu | 122 | 418 |
Salyan rayonu | 93 | 1 337 |
Yevlax şəhəri | 83 | 194 |
Mingəçevir şəhəri | 331 | 805 |
Ağdaş rayonu | 56 | 483 |
Ucar rayonu | 41 | 420 |
Zərdab rayonu | 35 | 295 |
Kürdəmir rayonu | 87 | 338 |
İmişli rayonu | 146 | 768 |
Saatlı rayonu | 22 | 94 |
Sabirabad rayonu | 72 | 115 |
Hacıqabul rayonu | 630 | 984 |
Şirvan şəhəri | 193 | 194 |
Yuxarı Qarabağ iqtisadi rayonu – cəmi | 1 185 | 3 612 |
o cümlədən: | ||
Cəbrayıl rayonu | 326 | 278 |
Füzuli rayonu | 16 | 601 |
Ağdam rayonu | 720 | 1 467 |
Tərtər rayonu | 55 | 623 |
Xocalı rayonu | 14 | 281 |
Şuşa rayonu | 24 | 133 |
Xocavənd rayonu | 30 | 229 |
Xankəndi şəhəri | - | - |
Kəlbəcər-Laçın iqtisadi rayonu – cəmi | 489 | 1 423 |
o cümlədən: | ||
Kəlbəcər rayonu | 158 | 434 |
Laçın rayonu | 108 | 285 |
Qubadlı rayonu | 175 | 495 |
Zəngilan rayonu | 48 | 209 |
Dağlıq Şirvan iqtisadi rayonu – cəmi | 310 | 2 124 |
o cümlədən: | ||
Qobustan rayonu | 25 | 386 |
İsmayıllı rayonu | 73 | 703 |
Ağsu rayonu | 68 | 405 |
Şamaxı rayonu | 144 | 630 |
Naxçıvan Muxtar Respublikası – cəmi | - | - |