Atası ilə eyni yaşda, eyni tarixdə, eyni vəzifəni yerinə yetirərkən ŞƏHİD OLDU


Türkiyənin Mardin bölgəsində terrorçulara qarşı keçirilən əməliyyatda şəhid olan gəncin qədərinin atası ilə bənzərliyi ürəkləri dağlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, sentyabr aynın 7-də Əbdüllətif Əkmən adlı mühafizəçi PKK-lı terrorçularla mübarizədə ağır yaralanıb. Təcili xəstəxanaya çatdırılan mühafizəçi əməliyyat edilib. Bütün müdaxilələrə baxmayaraq Əbdüllətif Əkmən 13 sentyabr axşam saatlarında 37 yaşında dünyasını dəyişib. Bu xəbəri eşidən şəhidin ailəsi ürəkburxan xəbərə şahid olublar. Çünki, Əbdüllətif Əkmənin atası Məhmət Əkmən də 1993-cü il sentyabr ayının 13-də həm də 37 yaşında kənd mühafizəçisi kimi hərbçilərlə birgə qatıldığı əməliyyatda PKK-lı terroristlər tərəfindən şəhid edilmişdi. Ata və oğlunun eyni yaşda, eyni gündə, eyni vəzifəni yerinə yetirərkən, eyni terror qrupu tərəfindən şəhid edilməsi eşidənləri göz yaşına boğub.

DİGƏR XƏBƏRLƏR

Top