"Saudi Aramco" neft şirkətinin iki zavodu pilotsuz təyyarələr tərəfindən vurulub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanına qarşı hazırlanan hava hücumunu Yəməndə yerləşən İranın dəstəklədiyi Husi milislərinin həyata keçirdiyi bildirilib. Pilotsuz təyyarələr tərəfindən vurulan zavodda ard-arda partlayışlar baş verib. Hazırda yanğının söndürüldüyü bildirilib.