Ermənistanda yezidilərin həyatı təhlükə altındadır - VİDEO


Dünən Ermənistan polisi Armavir bölgəsinin Ferik kəndində yaşayan yezidilərə qarşı zor tətbiq edərək onların öz torpaqlarından istifadə etməsinə mane olub.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Ferik kəndində yaşayan yezidilərin 197 hektar torpaq sahəsini  2004 -cü ildə o zamankı deputat Hrant Qriqoryan və onun qardaşı Zarzand Qriqoryan tərəfindən mənimsənilib.
Məlumatda bildirilir ki, bu qardaşlar vaxtı ilə Qarabağda Azərbaycanlılara qarşı etdiyi vəhşiliklər və evində əsir azərbaycanlıları qul kimi işlətməsilə tanınan erməni general Manvel Qriqoryanın yaxın qohumlarıdır.
Hrant  və Zarzand Qriqoryan qardaşları gizli şəkildə  mənimsədikləri torpaqlardan uzun illər istifadə etmədikləri  üçün kənd sakinləri bundan xəbər tutmayıblar.
Lakin ötən il Ermənistanda baş verən "məxməri inqilabdan" sonra Manvel Qriqoryanın həbs olunması onun ətrafındakı insanların da maliyyə vəziyyəti pisləşdirib. Nəticədə Hrant və Zarzand Qriqoryan qardaşları Ferik kəndindəki torpaqları Suriyalı iş adamına satıblar.
Yezidilər torpaqlarının satıldığından Suriyalı iş adamı kəndə gəldikdən sonra xəbərdar olublar. Suriyalı iş adamı bildirib ki, Qriqoryanlardan pulunu geri alana kimi kənd sakinlərtinin torpaqlardan istifadə etməsinə icazə verməyəcək. Ermənistan polisi isə Suriyalı iş adamının haqlı olduğunu bildirərək kənd sakinlərini illərdir əkib-becərdikləri torpaqlara buraxmır.
Ferik kəndində yaşayan yezidilər bildirirlər ki, onlar vətəndaş kimi Ermənistan dövləti qarşısında bütün öhdəlikərini yerinə gətirirlər. Övladlarını ermənilər kimi əsgərliyə də göndərdiklərini bildirirlər. Amma qeyd edirlər ki, hökumət və qonşu erməni kəndinin sakinləri onlara qarşı ögey münasibət bəsləyirlər.
Yezidilər bildirirlər ki, əgər bu torpaqlar onlara qaytarılmasa doğma yurdlarını tərk etməyə məcbur olacaqlar.

 

DİGƏR XƏBƏRLƏR

Top