125-ci maddəyə xitam verildi - Elina işində YENİLİK - FOTO


Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayıb.

Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib. 

Sevinc Abbasova isə günahsız olduğunu deyib: "Mənim təqsirim yoxdur".

İşin icraatına xitam verilməsi üçün vəsatət verilib. Lakin vəsatət təmin edilməyib.

Proses sentyabrın 18-də davam etdiriləcək.

***10:24

Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Məhkəmə başlasa da, jurnalistlər zala buraxılmayıb. Qanunvericiliyə görə, məhkəmələrin hazırlıq iclası qapalı keçirilə bilməz. Ali Məhkəmənin sədri Ramiz Rzayev bir neçə dəfə bununla bağlı məhkəmələrə xəbərdarlıq etdiyini açıqlayıb.

***09:24
Bu il aprelin 4-də təhsil aldığı 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayır.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Hadisədən sonra Təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb. 

İddialara görə, E.Hacıyevanın özünü atmasından sonra bir müddət sağ qalıb və məktəbin direktoru bu hadisənin üstü açılmasın deyə təcili yardım çağırılmasına maneə olub, eyni zamanda, hüquq-mühafizə orqanlarına da məlumat verilməyib. Bunun əvəzinə hadisə yerinə Səbail Rayon İcra başçısının müavini Xalidə Byramova çağırılıb. X.Bayramova direktor S.Abbasovanın rəfiqəsidir. 

Baş Prokurorluğun açıqlamasında qeyd edilmişdi ki, istintaq zamanı E.Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilib.
Bu hallarla bağlı araşdırmadan sonra hansı nəticəyə gəlindiyi, istintaqın hansı qərarlar verdiyi məhkəmənin baxış iclasında ittiham aktı elan olunan zaman bəlli olacaq.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top