Azərbaycanda nazir və komitə sədrlərinin yarısı alimdir - TAM SİYAHI


Bildiyimiz kimi, Azərbaycan Prezidentinin 21 və 23 aprel 2018-ci il və 20 iyun 2019-cu il tarixli sərəncamları ilə Nazirlər Kabinetinin tərkibində dəyişiklik edilib.
Yeniavaz.com xəbər verir ki, hazırda Azərbaycanda Nazirlər Kabinetinin strukturuna 33 dövlət qurumu daxildir. Bunlardan 18-i nazirlik, 8-i komitə, 5-i xidmət, 2-si isə agentlikdir. Bu qurumlara rəhbərlik edən şəxslərdən əlavə Baş nazir və onun 4 müavini də Nazirlər Kabinetini təşkil edirlər.
Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti üzvlərinin 37%-nin - 14-nün alimlik dərəcəsi var.
Alimlik dərəcələri olan Nazirlər Kabineti üzvlərinin SİYAHISI
- Novruz Məmmədov İsmayıl oğlu– Baş nazir: Filologiya elmləri namizədi
- Yaqub Eyyubov Abdulla oğlu - Baş nazirin birinci müavini: Texnika elmləri doktoru, professor
- Əli Əhmədov Cavad oğlu - Baş nazirin müavini: Fəlsəfə doktoru, professor
- Hacıbala Abutalıbov İbrahim oğlu - Baş nazirin müavini: Fizika-riyaziyyat elmləri doktoru, professor
- Elmar Məmmədyarov Məhərrəm oğlu - Xarici işlər naziri: Tarix elmləri  namizədi
- Əbülfəz Qarayev Mürsəl oğlu - Mədəniyyət naziri: Fəlsəfə elmləri namizədi
- Sahil Babayev Rafiq oğlu - Əmək və əhalinin sosial müdafiəsi naziri: Hüquq üzrə fəlsəfə doktoru
- İnam Kərimov İmdad oğlu - Kənd təsərrüfatı naziri: Hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi
- Oqtay Şirəliyev Kazım oğlu - Səhiyyə naziri: Tibb elmləri doktoru, professor
- Hicran Hüseynova Kamran qızı - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri: Siyasi elmlər doktoru, professor
- Tahir Budaqov Yaqub oğlu - Dövlət Statistika Komitəsinin sədri: Tibb elmləri namizədi
- Fuad Muradov Rauf oğlu - Diasporla ilə İş üzrə Dövlət Komitəsinin sədri: Kimya elmləri üzrə fəlsəfə doktoru
- Mübariz Qurbanlı Qəhrəman oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri:  Tarix üzrə fəlsəfə doktoru
- Qoşqar Təhməzli İlahi oğlu - Qida Təhlükəsizliyi Agentliyinin sədri: Tibb elmləri üzrə fəlsəfə doktoru

DİGƏR XƏBƏRLƏR

Top