Azərbaycanlılar xaricə niyə gedir? - Müalicəyə və ziyarətə gedənlərin sayı kəskin artıb - CƏDVƏL


Son 6 ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 14,5% və ya 623,4 min nəfər artaraq 4 milyon 287,7 min nəfərdən 4 milyon 908,1 min nəfərə yüksəlib.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son 6 ildə istirahət və əyləncə üçün xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 6,8% və ya 72,4 min nəfər artdığı halda, müalicəyə gedənlərin sayı 71% (119,6 min nəfər), dini ziyarətlərə gedənlərin sayı isə 3 dəfə (162,8 min nəfər) artıb.
2013-cü il və 2018-ci ildə aşağıdakı məqsədlər üzrə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı belə olub:
  2013-cü il 2018-ci il Fərq
İstirahət və əyləncə 1  mln. 53,9 min 1 mln. 126,3 min 6,8 % artıb
(72,4 min)
İşgüzar məqsədlə 1 mln. 290 min 900,2 min 30,2 % azalıb
(389,8 min)
Müalicə məqsədilə 169 min 288,6 min 71 % artıb
(119,6 min)
Dini ziyarət 82,5 min 245,3 min 3 dəfə artıb
(162,8 min)
Qohumlara, dostlara baş çəkmək 579,9 min 844,5 min 45,6 % artıb
(264,6 min)
 
 

DİGƏR XƏBƏRLƏR

Top