Azərbaycanda marqarindən istifadə kəskin artıb - RƏQƏMLƏR


Son 3 ildə Azərbaycanda marqarin və bitki yağlarından istifadə artıb, kərə yağından istifadə isə azalıb.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, son 3 ildə - əhali tərəfində ərzaq məhsulu kimi istifadə olunan marqarinin miqdarı 2,5 dəfə artıb. Belə ki, 2015-ci ildə ölkədə 13 min ton marqarin yağı istifadə olunduğu halda, ötən il 32,3 min ton marqarin yağından istifadə edilib.
Bitki yağlarından istifadə isə son 3 ildə 24,2% və ya 28,8 min ton artaraq 119,7 min tondan 148,5 min tona yüksəlib.
Ərzaq məhsulu kimi istifadə olunan kərə yağının miqdarı isə son 3 ildə 22,7% və 9,4 min ton azalaraq 41,4 min tondan 32 min tona düşüb.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top