Rusiya azərbaycanlı bloqerlə bağlı QƏRAR VERDİ

Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsi bu gün Azərbaycan hakimiyyətini tənqid edən bloqer Elvin İsayev barəsində qərar verib.

Yeniavaz.com xariciKİV-ə istinadən xəbər verir ki, Dzerjinsky Rayon Məhkəməsinin qərarına əsasən Elvin İsayevə tətbiq olunan Rusiyadan xaric edilmə və 5 min rubl cərimə ləğv edilib. Bildirilir ki, bloqer xarici vətəndaşların müvəqqəti saxlanılma mərkəzindən sərbəst buraxılıb.

Qeyd edək ki, Elvin İsayev Azərbaycanın vəzifəli şəxslərinə qarşı nalayiq ifadələr işlədirdi. Avqustun 24-də ona qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) üzrə ittiham irəli sürülərək saxlanılmışdı. Eyni zamanda Rusiya pasportu ləğv edilərək barəsində deportasiya qərarı çıxarılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top