Banka qoyduran şəxslər MÜTLƏQ OXUSUN – Faydaları və zərərləri


Məlumdur ki, artıq bir çox xəstəliklərin müalicəsi türkəçarə üsulları ilə mümkündür. Bunlardan biri də banka qoymaq üsuludur. Bu tibbi bankalar ilk dəfə çində istifadə olunub. Daha sonra Misir, Roma kimi ölkələrdə də geniş yayılmışdır. Ölkəmizdə də bankalamaq üsulu qədim zamanlardan bu günə kimi tətbiq edilməkdə davam edir. Bəs bankalamağın zərərləri və faydaları nələrdir?
Yeniavaz.com xarici KİV-ə istinadən bankalamaq metodunun insan orqanizminə faydaları və zərərlərini təqdim edir:
Çinlilərin fikrincə, 3 min illik keçmişi olan bu prosedur orqanizmin xarici mühitin zərərli amillərinə qarşı müqavimətini artırır. Banka bədənə qoyulduğu zaman, bədənin bir hissəsi bankanın içərisinə doğru sovrulur və nəticədə bədənin həmin hissəsində qan dövranı yaxşılaşır. Bu posedur soyuqdəymə, öskürək, nəfəs yollarının açılması və sivilcə kimi bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Hətta bu üsuldan dünyaca məşhur idmançıların da istifadə etdiyi məlum olmuşdur. Onlardan, amerikalı üzgüçü Mişel Pilips, gimnastik Aleks Naddor, belarusiyalı üzgüçü Pavel Sankoviç misal göstərmək olar.

Hansı xəstəlikləri müalicə edir?
- Anemiya, hemofiliya
- Miqren və qan təzyiqi ilə əlaqəli baş ağrıları
- Əzələ ağrıları
- Sonsuzluq və ginekoloji xəstəliklər
- Herpes, ekzema və sızanaqlar kimi dəri problemləri
- Yüksək qan təzyiqi
- Psixi pozğunluqlar, narahatlıq və depressiya
- Qida allergiyası və astma

Əks göstərişlər: 
- ağciyər qanaxmaları
- ağciyər vərəmi, döş qəfəsinin şişlər
- dərinin həddən artıq həssaslığı
- qıcolmalar.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top