"Pele`s Soccer"dan "PES"ə kimi uzanan 38 illik virtual futbol tarixi


Televizorların, oyun aparatlarının, fərdi kompüterlərin evlərə daxil olması ilə birlikdə "futbol oynamaq" anlayışında da böyük dəyişikliklər oldu. Belə ki, "futbol oynamaq" dedikdə artıq qonşu usaqlar ilə məhəllənin boş bir ərazisində toplanıb futbol oynamaq nəzərdə tutulmur.
Yeniavaz.com xəbər verir ki, artıq virtual oyunlara marağın çoxalması, küçədə futbol oynayan uşaqların da sayını azaldıb. Virtual oyunlar uşaqları öz evlərinə çəkilməyə vadar edib. Bəs bu virtual oyunlar nə vaxtan etibarən hazırlanır? Nə zamandan bəri satışa çıxardılır? İndiki dövrə kim hansı "təkamül" yollarını keçib? Bu suallara aşağıdakı yazıda aydınlıq gətirməyə çalışacağıq:
1. "Pele`s Soccer" ("Pelenin Futbolu") - Futbol oyunlarının atası olaraq tanınan bu virtual oyun 1981-ci ildə satışa çıxarılıb. Bu oyun hər birində 3 oyunçu olmaqla qırmızı və mavi komandalar arasında keçirilir. Hər futbolçu burada bir nöqtədən ibarət idi. Bu oyunu oynayan ilk şəxs isə Pelenin özü olmuşdu.
2. "Futbol Manager" ("Futbol Meneceri") - Bu günün menecerlik oyunlarının təməli sayılan bu oyun 1982-ci ildə satışa çıxarıldı. Futbolçular isə bir neçə nöqtənin konbinassiyasından ibarət fiqurla göstərilirdi. Sanki Qobustandakı qayaüstü rəsimləri xatırladırdı. Bu da həmin dövrün virtual oyunları üçün bir milad idi.
3. "NES Soccer" ("NES futbol") - 1987-ci ildə satışa çıxarılan bu oyunun digərlərindən əsas fərqi oyunçuların əynində formaların olmasında idi. Amma yenə də hər şey mükəmməl deyildi. Çünki, futbolçularla stadionun miqyası yenə də uyğun gəlmirdi.
4. "Kick Off" ("Başalamaq") -Stadiona horizontal baxan bu oyun 1989 -cu ildə təqdim edildi. Bu oyunun əsas xüsusiyyətlərindən biri isə ekranın yuxarı sol hissəsində stadionun xəritəsinin olması idi. İlk dəfə sarı və qırmızı kart cəzalarına bu virtual oyunda tətbiq edilməyə başlanıldı.
5. "Championship Manager" ("Çempionat Meneceri") - 1992-ci ildə satışa çıxarılan bu oyun, bütün dövrlərin ən çox oynanılan menecerlik oyunları arasında ilk pillədə dayanır.
6. "Sensible Soccer" ("Məntiqli Futbol") - Stadiona yuxardan baxmaq "Kick Off"la populyalıq qazanmışdı. Lakin 1993-cü ildə satışa çıxarılan "Sensible Soccer" bu tərzi daha da təkminləşdirdi. Ən son versiyası 2007-ci ildə çıxan bu oyun hələ də bəzi insanlar tərəfindən oynanılmaqdadır.
7. "FİFA İnternational Soccer" ("FİFA Beynəlxalq Futbol") - "EA Sports"un sadəcə "FİFA" adı ilə satışa çıxartdığı oyunun ilk versiyası məhz "FİFA İnternational Soccer" olmuşdu. Bu məhsul isə 1994-cü ildə satışa çıxarılmışdı. İlk dəfə bu oyuna stadiondan çarpaz baxış olmuşdu. Bu oyunun ən vacib xüsusiyyəylərindən biri də bu oyunu istehsal edən şirkətin futbol klubları ilə arasında icazə müqaviləsinin imzalamasıdır.
8. "İnternational SuperStar Soccer" ("Ən yaxşı Beynəlxalq Futbol") - "NES"in məhsulu olan bu virtual oyun, oyunçuları daha həqiqi göstərən bir qrafikə malik idi. Əsl futbola oxaşarlığı ilə seçilən bu oyun 90-cı illərin ən yaxşı 2D formatına malik idi. Bu məhsul da "FİFA İnternational Soccer" kimi 1994-cü ildə satışa çıxarılmışdı.
9. "Sensible Soccer" ("Məntiqli Futbol") - Qrafiki olaraq 1994-cü ildə "Sensible Soccer" özünü yenilədi və oyun həvaskarlarına geniş imkanlar yaratdı. Belə ki, bu oyunu oynayan həvəskarlar, artıq yeni oyunçu transfer edib sata biləcəkdilər. Bu da həmin dövr üçün bir yenilik idi.
10. "Virtua Striker" ("Virtual Hücumçu") - 1994-cü ildə satışa çıxarılan bu oyun, virtual oyunlar üçün inqilabi xarekter daşıyırdı. Belə ki, "Virtua Striker" oyunu 3D formatlı ilk futbol oyunu idi. 1994-cü ilə həvəskarlar tərəfindən ən çox seçilən oyun məhz "Virtua Striker" idi.
11. "Actua Soccer" ("Aktual Futbol") - 1995-ci ildə bazara çıxarılan bu oyunu ilk dəfə 4 oyunçu birlikdə oynaya bilərdi. Həm də bu oyunda stadionu fərqlı rakurslardan izləyə bilmə imkanı var idi.
12. "Premier Manager" ("Premyer Menecer") - Həm futbolçu, həm də baş məşqçi ola bilmək imkanı olan bu oyun "Qremlin" şirkəti tərəfindən 1995-ci ildə bazara çıxarılmışdı.
13. "FİFA World Cup 1998" ("FİFA 1998 DÇ") - 1998-ci il DÇ üçün "EA Sports" tərəfindən xüsusi olaraq hazırlanan bu oyunda xüsusi musiqi effektlərinə yer verilmişdi. Həm də oyunçunun 16 stadiondan birini seçmə şansı da var idi.
14. "Pro Evolution Soccer" ("Futbolun Professional İnkişaf") - Bizim oyunçuların dili ilə desək qısaca "PES". 2001-ci ildə "Konami" şirkətinin bazara çıxartdığı bu məhsulla virtual futbol tam başqa bir yerdə idi. Futbolçu bənzərliyi, görüntü keyfiyyət, ötürmədəki dəqiqliklər və qapıçıların sıçrayışları bu oyunu olan diqqəti daha da artırdı.
15. "Championship Manager" ("Çempionat Meneceri") - Menecerlik oyunları arasında əfsanələşən bu oyun iddialara görə bəzi menecerlərin dərsliyi olub. 2001-ci ildə bazara çıxarılan bu oyun, bu gün də oynanılmaqdadır.
16. "Futbol Manager" ("Futbol Meneceri") - 1982-ci ildə bazara çıxardılan oyunun varisi kimi 2005-ci ildə yenidən dünya bazarına çıxan bu oyun sələfindən fərqli olaraq, son standartlara cavab verirdi.
17. "PES 6" - "Komani" sirkəti seriyanın 6-ci oyunu olan "PES 6"nı 2006-cı ildə dünya bazarına çıxartdı. Bu seriyanın digərlərindən fərqli edən bir çox xüsusiyyətlərinə görə fərqlənmişdi. Bu səbəbdən dünyada satış rekordunu qırmışdı. Yaponiyada isə bu oyun "Winning Eleven" ("Qalib 11-lik") adı ilə satılırdı.
18.  Və bu gün...
Bu oyunun həvəskarlarının mübahisə etdiyi tək bir mövzü budur: "PES" ya "FİFA"...
Etiraf etmək lazımdır ki, oyun sürəti, futbolçu bənzərliyinə görə "PES" "FİFA"nı hələ ki, qabaqlayır. Biz bunu satış rəqəmlərində də görə bilərik.
 
 

DİGƏR XƏBƏRLƏR

Top