İranda məktəblilərə Azərbaycan dili tədris olunacaq


İranda məktəblilərə Azərbaycan dili tədris olunacaq.

Yeniavaz.com xəbər verir ki, bunu İSNA-ya Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşai deyib: “İranın Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq, Şərqi Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərara alınıb".
Paşainin sözlərinə görə, dərslər 23 sentyabrdan etibarən tədris olunacaq və həftədə 3 saat olacaq.

DİGƏR XƏBƏRLƏR

Top