İsmayıllıda yas mərasimində ev uçub, xeyli sayda xəsarət alan var

İsmayıllı rayonunda ev uçub. 

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.

Kənddə yas mərasimi olan iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top