Bakıda avtobus üç piyadanı vurub, biri ölüb - FOTO


Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Avtoqəza zamanı piyadaları avtobus vurub.

Belə, Zabrat qəsəbəsində qeydə alınmış yol qəzasında 186 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu üç piyadanı vurub. Nəticədə onlardan biri hadisə yerində dünyasını dəyişib, daha iki nəfər isə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır.

APA

DİGƏR XƏBƏRLƏR

Top