Sumqayıtda şadlıq evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb.


23.00
Sumqayıtda güclü yanğın başlayıb.

Hazırda "Nur" şadlıq evi yanır.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.//Report

 

 

DİGƏR XƏBƏRLƏR

Top