Dostunun davasını canlı yayımda görüb köməyə gəldi - Türkiyədə


Türkiyənin Alanya bölgəsində rusiyalı turistlərlə İsmayıl adlı türkiyəli gəncin davası sosial şəbəkədə canlı yayımlanıb.
Yeniavaz.com xəbər verir ki, motosikiletində sosial şəbəkələrin birində canlı yayım edən İsmayıl rus turistlərə ingiliscə, “Bura gəlin. Sizinlə danışacam” deyərək yanına çağırıb.
İsmayıl adlı türk gəncə yaxınlaşan turist onu motsikiletindən yerə yıxıb.
Davanı canlı yayımdan görən İsmayılın iki dostu dərhal hadisənin olduğu yerə gələrək turistləri döyməyə başlayıblar.
Dava iştirakçıları polislər tərəfindən saxlanılaraq bölməyə aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top