Avqustun 23-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com-un FHN-nin saytına istinadən xəbərinə görə, yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***18:07
Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.