Nəsiminin xatirəsinə həsr olunan sikkələr buraxıldı - FOTO


Türkiyədə Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubiliyinə həsr olunan xatirə sikkəsi buraxılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, xatirə sikkəsi Azərbaycan Respublikası Ankara səfirliyinin təşəbbüsü ilə buraxılıb.
Sikkənin ön hissəsində İmadəddin Nəsiminin şəkili, “İmadəddin Nəsiminin doğumunun 650 ili” yazısı, arxa hissəsində isə “Türkiyə Cumhuriyyəti 2,5 Lira” yazısı iştirak edir.
Prezident İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi” və 11 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi” haqqında sərəncamlarından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Türkiyə Respublikası Xəzinədarlıq və Maliyyə Nazirliyi Zərbxanasının rəhbər şəxsləri ilə görüş keçirilib. Görüşdə Nəsiminin adının əbədiləşdirilməsi məqsədilə xatirə sikkələrinin buraxılması ilə bağlı razılıq əldə olunub.

DİGƏR XƏBƏRLƏR

Top